SİZİN REKLAM BURADA!
055 213 76 73


“Onun qanı yerdə qalmasın. Məni aparın, ermənidən qanımı, qisasımı alım”.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu, qəlbi yaralı, sinəsi dağlı bir ananın fəryadı, yağı düşməndən qisas almağa çağırışıdır.

Bu həm də hər bir şəhid anasının, şəhid valideyninin arzusudur. Əzəl gündən bəxti gətirməmişdi Rəşadın. Uşaq yaşlarından ata nəvazişindən məhrum olan balaca Rəşad anası Sevda ilə birgə dayı himayəsinə sığınmışdı. Bunu doğulub boya-başa çatdığı Biləsuvarın Aşağı Cürəli kəndində hər kəs bilirdi.

İlk gündən həyat üzünə gülməsə də, polad təki daha da bərkiyirdi Rəşad. Pambıq tarlalarında qan-tər içində işləyən anası aşılamışdı ona Vətən məhəbbətini, torpaq sevgisini. 6 il bundan öncə əyninə zabit mundiri geyinəndə anası da qürurlanmışdı, dayıları da.

Baş leytenant Rəşad Mahmudovun 28 yaşı olsa da hələ subay idi. Anası, yaxınları tələsdirirdi onu ailə qurmağa. O isə hələ ev tikdirirdi, 4 il bundan öncə tikintisinə başladığı evi.

Bu il iyulun 12-dən 13-nə keçən gecə Erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndində törədilən təxribatın qarşısını alan zaman gənc zabit Rəşad Mahmudov azadlıq şərbətini dadaraq ən ali - Şəhidlik zirvəsinə ucaldı. Doğulduğu torpaq öz şəhidini qoynuna aldı. Həmişəlik, əbədi olaraq.

Allah rəhmət eləsin!

BAKU.WS
VİDEO