SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən qayıdıb.

BAKU.WS xəbər verir, bu barədə APA-ya Vahid Əhmədovun köməkçisi Arif Orucov məlumat verib.

O bildirib ki, Vahid Əhmədov həftənin 1-ci günü ölkəyə çarter reysi ilə qayıdıb:

“Hazırda evindədir və səhhəti yaxşıdır. Müalicə qəbul etməyə də ehtiyac qalmayıb. Vahid Əhmədov hazırda istirahət edir və işləri ilə maraqlanır”.

Qeyd edək ki, deputat Vahid Əhmədov bir müddət öncə ürəyində yaranan problemlə əlaqədar özəl təyyarə ilə Türkiyəyə aparılmışdı.

O, 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.

BAKU.WS