SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 911 904,39 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% və ya 67 180,9 min dollar həcmində azalma müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumilikdə 7 686 278,4 min dollar dəyərində (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb) mal ixrac olunub. Beləliklə, bu ilin ilk altı ayı ərzində ölkənin cəmi ixracının 11,9%-ni qeyri-neft sektoru əhatə edib.

BAKU.WS