SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycandan ümumilikdə 550-dək vətəndaşını təxliyə edib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.  

Qeyd edək ki, ötən gün Azərbaycandan növbəti dəfə Gürcüstan vətəndaşlarının təxliyəsi baş tutub. Təxliyə edilən 100-dən çox Gürcüstan vətəndaşı xüsusi avtobuslarla bu gün səhər saatlarında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilib və buradan Gürcüstan ərazisinə daxil olublar.

Onların Gürcüstanda iki həftə müddətinə karantində saxlanılacağı bildirilib.

BAKU.WS