SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanına edilən hücumu qınayıb.

BAKU.WS xəbər verir ki, bu barədə XİN "Twitter"də bildirib.

"Biz "Husi"lərin Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirdiyi son hücumları qınayırıq.

Azərbaycan ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq tədbirlərində Səudiyyə Ərəbistanına dəstəyini və həmrəyliyini ifadə edir", - deyə XİN qeyd edib.

İyunun 22-də Husilər Səudiyyə Ərəbistanının Riyad, Najran və Cazan şəhərlərinə ballistik raket və partlayıcı yüklü dronlarla hücum edib.

BAKU.WS