SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bəzi küçələr bağlanacaq.

Bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirilib.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 may küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində 8 may 2020-ci il tarixdə axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

BAKU.WS