SİZİN REKLAM BURADA!
055 213 76 73


Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyinin araşdırılmasında iştirak etmək istəyini rədd edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sky News"a müsahibəsində ÜST-ün Çindəki nümayəndəsi Qoden Qalea bildirib.

Onun sözlərinə görə, Çin virusun mənşəyinin araşdırılması prosesini həyata keçirir, lakin bu mərhələdə ÜST-dən heç kim dəvət olunmayıb:

"ÜST Çinin Səhiyyə Nazirliyi və hökumətinə sorğu göndərməkdə davam edir. Virusun mənbəyini müəyyənləşdirmək çox vacibdir. Bunun təkrarlanmaması üçün mümkün qədər çox şey bilməliyik".

Qeyd edək ki, 2019-cu ilin sonunda Çinin Uhan şəhərində yeni növ koronavirus aşkar olunub. Martın əvvəlində ÜST virusu pandemiya elan edib. Ən son məlumatlara görə, dünyadakı COVID-19-a yoluxanların sayı 3,3 milyon nəfəri ötüb, 234 mindən çox insan isə ölüb.

BAKU.WS