SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən sənaye balıq ovuna qadağa tətbiq olunur.

BAKU.WS-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadla verdiyi məlumata görə, qadağanı pozanlar ən sərt qaydalarla cəzalandırılacaqlar.

Hər vətəndaş 5 kiloqrama qədər balıq tuta bilər. Amma tövsiyə edilir ki, kürüləmə dövründə balıq ovu azaldılsın.

Qadağalar kütləvi şəkildə olan balıq ovuna aiddir. Bir vətəndaş il ərzində 2 kiloqramdan bir az artıq balıq istifadə edir.

Xüsusi olaraq indi elə müəssisə yoxdur ki, sırf balığı yetişdirib dənizə buraxsın. Balıqların yetişdirilməsi işi ilə Ekologiya Nazirliyinin müvafiq strukturu məşğul olur. 600 akvakultura müəssisəsi qeydə alınıb.

Ekologiyanın mühafizəsində dövlət və vətəndaş həmrəyliyi vacibdir.

BAKU.WS