SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına girişlə bağlı problem yaranıb.

BAKU.WS xəbər verir ki, bunlar Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinə məxsus internet saytlardır.

Qeyd edilən saytlara giriş ya mümkün olmur, yaxud da onlar çətinliklə açılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova məsələ ilə bağlı “Report”a bildirib ki, saytların açılmamağı ilə bağlı onlara nə rəsmi, nə də qeyri-rəsmi müraciət edilməyib: “Bu cür hallar adətən yüklənmə prosesində olur. Sizin müraciətinizdən sonra Elektron Təhlükəsizlik Xidmətinə araşdırılması üçün müraciət edəcəyik. Hazırda NRYTN-nin saytını yoxladıq, heç bir problem yoxdur".

BAKU.WS