SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olduğunu deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb.

Mübahisə administratorla da davam edib. Bu zaman həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS