SİZİN REKLAM BURADA!
055 213 76 73


“Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün başlayan qış sessiyasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

“Bu gün AŞPA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildi. Bu, o deməkdir ki, biz bu gün böhran vəziyyətindəyik. Bizim Ermənistandan olan həmkarlarımız Azərbaycan haqqında burada birmənalı fikirlər söyləyirlər. Başqa ölkənin torpaqlarını işğal edən, qırğınlara yol verən və qadın və uşaqları qətlə yetirən bir ölkənin nümayəndələri hansı haqla belə bəyanatlara yol verir“, - S.Seyidov deyib.

BAKU.WS