SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün doğum gününü qeyd edən Əməkdar artist Nüşabə Ələsgərliyə sürpriz edilib.
BAKU.WS xəbər verir ki, prodüser Vəfa Məmmədova və müğənni Zemfira İbrahimova gecə saat 12-ni keçən ilk dəqiqələrdə sənətçinin mənzilinə gələrək onu təbrik ediblər.

Nüşabə xanım qapını açarkən dostlarının əlində üstü şam və fişənglərlə bəzədilmiş tortu görüb heyrətlənib. İfaçı dostlarının qəfil gəlişini və fişənglərin alovundan qorxsa da, sürpriz onu çox sevindirib.

Ələsgərli sözügedən görüntüləri "İnstagram" səhifəsində paylaşaraq döstlarına təşəkkür edib: "Gecə vaxtı etdiyiniz sürprizə görə hər biriniz var olasız!"

Xatırladaq ki, Nüşabə Ələsgərli 21 dekabr 1967-ci ildə Şəkidə doğulub.

Aysel
BAKU.WS
VİDEO