SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında VI turun ilk oyun gününə yekun vurulub.

BAKU.WS xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/8 finala yüksələn daha 6 komandanın adı müəyyənləşib.

İngiltərənin "Liverpul" və "Çelsi", İspaniyanın "Valensiya", İtaliyanın "Napoli", Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Lion" klubları növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

"Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0

"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2

F qrupu

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:2

"Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:1

G qrupu

"Lion" (Fransa) - "Leyptsiq" (Almaniya) - 2:2

"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 3:0

H qrupu

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:1

"Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya) - 0:1

BAKU.WS
VİDEO