SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə azərbaycanlı sevgilisini 55 bıçaq zərbəsi ilə qətlə yetirən Halil Acar saxlanılıb.

BAKU.WS
Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, məhkəmə qarşısına çıxarılıb.


24 yaşlı Qənirə Cabbarovanı öldürən Halil qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinib və həbs olunub.


Xatırladaq ki, Qənirə 24 yaşlı sevgilisi Halil ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub. Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Onlar mübahisəni davam etdiriblər və nəticədə Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.


Takvim saytı qətlə yetirilən Qənirə Zeynalovanın fotolarını əldə edib.


BAKU.WS