SİZİN REKLAM BURADA!
055 213 76 73



Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib.


Bu barədə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.

“Bir daha bəyan edirik ki, sərnişinlərimizin rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir”.

BAKU.WS