SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib. 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 146 028 şübhəli koronavirus testindən keçib, onlardan 2311-nin cavabı pozitiv çıxıb, 1741 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2564 nəfər olub.

Türkiyədə ümumilikdə 386 820 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 639 nəfər ölüb.

BAKU.WS
QALEREYA