SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73419


Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının Təhsil İnstitutuna, Respublika Bədən Tərbiyəsi Mərkəzinin “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilməsi və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73421


Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə göndərilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73422


ABŞ Dövlət Departamenti "erməni soyqırımı"nı tanımaqdan imtina etdi.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Nümayəndələr Palatasının qondarma erməni soyqırımının tanınması və Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qətnaməyə qarşı çıxıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/73429


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/73434


Azər Qasımlı ReAL Partiyasından istefa verib. O bildirib ki, istefasına səbəb İlqar Məmmədovun təklif etdiyi yeni təkliflər paketidir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73435


Dünən Müsavat Partiyasının qərargahında müxalifət partiyalarının dəyirmi masası keçirilib. Toplantıda Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və başqaları iştirak ediblər.

Bura qədər hər şey normal görünür. Amma sabiq səhiyyə naziri Əli İnsanovun görüşdə iştirakı isə birmənalı qarşılanmayıb. Belə ki, onun toplantıda iştirakı rəsmən müxalifətə qoşulması kimi qiymətləndirilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73441


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73447


1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb.

Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73452

BAKU.WS