SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb.

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71770


SOCAR-ın nailiyyətləri: bu, kimlərin yuxusuna mane olur?

Rövnəq Abdullayev uzun illərdir ölkə büdcəsinin və ixracının xeyli hissəsini təmin edən Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-ın rəhbəridir. Və Dövlət Neft Şirkətinin strukturuna daxil olan başqa profilli yeni müəssisələri nəzərə alsaq, o, həm də qeyri-neft sektorunda prioritetli aparıcı şirkətə çevrilib.

Məqaləni bu linkdən oxuya bilərsiniz - https://baku.ws/economy/71780


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71804


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqda yazılanları bu linkdən oxuya bilərsiniz   - https://baku.ws/social/71810


Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.

Xəbər bu linkdə - https://baku.ws/politics/71816


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Xəbər bu linkdə - https://baku.ws/politics/71825


Akademik Vasim Məmmədəliyev BDU-da keçirilən vida mərasiminin ardından İkinci Fəxri Xiyabanda dəfn olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/71826

BAKU.WS