SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təbrik məktubunu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/social/71180


“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/71181


Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təbrik məktubunu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/71191


Tanınmış teleaparıcı, Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

BAKU.WS xəbər verir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən 78 yaşlı diktora ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71193


Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda atışma baş verib.

BAKU.WS news.am-a istinadən xəbər verir ki, Tavuş rayonunun Koti icması yaxınlığında müqaviləli şəkildə hərbi xidmət edən Eqişe Çaxmaxçyan güllə yarası alıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71196

BAKU.WS