SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/70918


2019-cu ilin 01 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70936


"WhatsApp" şəbəkəsi yoxa çıxan mesajların funksiyasını sınamağa başlayıb.

Yeni funksiyanın köməyi ilə istifadəçilərin müəyyən etdiyi vaxtda seçilmiş köhnə mesajlar avtomatik olaraq silinəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70943


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/page/2/


“Bir neçə gün əvvəl ölkədə “Əsrin müqaviləsi”nin 25 illiyi təntənə ilə qeyd edildi.Azərbaycanın neft-qaz sənayesi qlobal iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrilib. Bütün bunlar gərgin əməyin bəhrəsidir”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/70953


Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, qərar R.Cəbrayılovun müraciəti əsasında MSK-nın bu gün keçirilən iclasında çıxarılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/70976


Sosial şəbəkədə Bakının Yasamal rayonunda ağacların kökündən çıxarılması ilə bağlı görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, videodan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və digər məmurlar Yasamal rayonu ərazisində yolda əkilən ağacları kökündən çıxarır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/70978

BAKU.WS