VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, xərçəngə qarşı apardığı mübarizəylə tanınan Neslican Tay Medipol Xəstəxanasında həyatını itirib.

BAKU.WS xəbər verir ki, Türkiyədə xərçəng xəstəliyi ilə mübarizə simvoluna çevrilən 20 yaşlı Neslican Tay ölüb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/70209


ABŞ müdafiə naziri Mark Esper Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tələbi ilə hava hücumundan müdafiə məsələsində dəstək üçün Körfəzə hərbi qüvvə göndərəcəklərini açıqlayıb.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, Yəmən qüvvələrinin S.Ərəbistanın “Aramco” neft şirkətinin zavodlarına dronla hücumlarının bölgədə gərginliyi artırdığını söyləyib və bu məsələdə İranı ittiham edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/70215


Rusiyanın paytaxtı Moskva şəhərinin ad günü tədbirində Rusiya prezidenti Vladimir Putin, hökumət başçısı Dmitri Medvedev, Moskva şəhərinin meri Sergey Sobyanin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər fəxri qonaq qismində iştirak ediblər.

BAKU.WS xəbər verir ki, bayram tədbirində Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını Azərbyacan dilində ifa edib.

Tədbirdə ermənilər yenə də təxribata əl atıblar. Ermənilər rəsmilərin izlədiyi konsert proqramında qədim türk aləti olan balabanın müşayiəti ilə “Berd” rəqsini oynayıblar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70222


“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı.

Səbael Rayon Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda "İnterpol” xətti ilə axtarışda olan "Akula Akif” ləqəbli Akif Mustafayevin "Mars-M” şirkətinə qarşı iddiasını təmin edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/70221


Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri, Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi "Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70224


"Atam həbs olunanda çətin günlər yaşadıq. 1886-88-ci ildə atam həbsdə oldu, ona şər atmışdılar. Təbii ki, sonradan bəraət verdilər". 

BAKU.WS xəbər verir ki, bu sözləri əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin "Popumuz var” layihəsində deyib. 

O, atası - yazıçı Çingiz Ələkbərzadənin həbsi üzündən maddi çətinliklər yaşadığını dilə gətirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/show-business/70223


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Bakı Şəhər İcra Hakiçiyyətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, layihə çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 2-ci massiv ünvanında 1400 nəfər sakinin yaşadığı iki 10 bloklu binanı əhatə edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/70229

BAKU.WS