Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, 11 sentyabr terrorundan 18 il ötür. 18 il əvvəl, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

BAKU.WS xəbər verir ki, rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/69502


Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Minskdə keçirilən turnirdə birinci olub. 

R.Quliyev 200 metr qaçışda 20,16 saniyə nəticə göstərərək, bütün rəqiblərini geridə qoyub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/69503


Regionlarda “Sosial layihələr” müsabiqəsinin ictimaiyyət üçün təqdimatları keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin Şamaxı, Şəki, Ağcabədi, Salyan və Quba rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində ictimaiyyət üçün geniş taqdimatları keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69529


"Bu il ərzində işdə yol verdikləri nöqsanlara görə 6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

BAKU.WS xəbər verir ki, bu barədə hsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/69530


Almaniyalı məşhur "Formula-1" pilotu Mixael Şumaxer 6 ildən sonra komadan ayılıb. 

"Formula-1" üzrə yeddiqat dünya çempionu Parisdəki xəstəxanada müalicə olunur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/69538


Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69542


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Onun sözlərinə görə, 44 yaşlı qızı Xumar xərçəng xəstəliyindən dünyasını dəyişib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69546


Bəstəkar-müğənni, şanson mahnıların ifaçısı Behbud Kərimov vəfat edib.

Müğənni Sevda Əliqızı mərhum ifaçı Behbud Kərimovun fotosunu paylaşaraq bunları yazıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69551


BAKU.WS