SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.

Təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterləri iştirak edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/68960


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. 

Həmin vəzifələrdə çalışmaq istəyən namizədlər üçün müsahibə sentyabrın 6-da başa çatacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/68966


Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb. Qadın ötən ayın 30-u Bakıda tapılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68970


Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68958


Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı əmrə əsasən Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68980


Bakıda Azərbaycanın Milli Qəhrəmanına heykəl qoyulub.

Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun heykəli Nərimanov rayonunda ucaldılıb. Heykəl rayonun A.Aqarunovun adına küçəsində qoyulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68985

BAKU.WS