SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, İçərişəhər ərazisindəki evlərin fasad və eyvanları təmir olunacaq.

Bununla bağlı “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və təmir xidməti tender elan edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68726


Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb. Sürücü ilə kobud davranan həmin yol polisi işdən çıxarılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68728


Ümumdünya Səhiyyə Təşkilatı düynada qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib.

Xəstəlik əsasən Avropada yayılıb. Bundan başqa, Ukrayna, Rusiya, Albaniya, Çexiya, Yunanıstan, Türkiyə və digər dövlətlərdə daha çox yayılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68730


Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68742


Milli Məclisin 2019-cu il payız sessiyasında illərdir müzakirəsi gedən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, sənəd tam hazırdır və müzakirəyə təqdim ediləcək. Deputat onu da əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemli heç bir məqam qalmayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68747


Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Monakoda keçirilən tədbirdə klubların qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi A qrupunda yer alıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/68749


Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin - Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68770

BAKU.WS