VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Babək prospekti müvəqqəti bağlanıb.

Babək prospektindən şəhər istiqamətinə gələndə yolun sağ tərəfində 100 metrlik məsafədə qabarmalar olduğundan həmin hissənin bərpasına başlanılıb. Buna görə də yol müvəqqəti olaraq bağlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68648


Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

Kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68654


Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68657


İyulun 15-də məzuniyyətə çıxan Milli Məclisin deputatların tətili sabah bitəcək.

Millət vəkilləri 15 sentyabrdan etibarən parlamentin komitə iclaslarında iştirak etməyə başlayacaqlar.

Xəbər bu linkdə - https://baku.ws/politics/68659


Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları avqustun 28-də jurnalistərin iştirakı ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama-əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. Bir gecədə 937 sürücü cərimələnib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68673


Birləşmiş Ştatlar rəsmi Tehranın Fars körfəzində tankerlərə hücum etməsinin qarşısını almaq məqsədilə İrana kiber hücum təşkil edib.
Mövcud iddia İranla qonşu ölkələr tərəfindən böyük maraqla qarşılanıb. İnternet sisteminə müdaxilə Azərbaycanın bundan hər hansı təsirlənəcəyi ilə bağlı iddialara ortaya atıb. Çünki Azərbaycan İranı internetlə təmin edən ölkələrdən biridir. 

Mövzunu araşdırmaq üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə əlaqə saxladıq. ABŞ-ın İrana kiber hücumları zamanı Azərbaycanın hər hansı ziyan görmək ehtimalını dəqiqləşdirdik.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68674


Bakı dünyanın 2019-cu ildə ən təhlükəsiz şəhərləri reytinqinin top 50-də yer alıb.

“The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə “The Economist” dərgisi tərəfindən tərtib edilən illik hesabatdakı reytinqə görə paytaxt maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/68681


BAKU.WS-in redaktoru Zülfüqar Xeyirxəbərovu döyən şəxs həbs edilib.

Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68690

BAKU.WS