SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/68572


İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub. Xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68570


Türkiyənin Naxçıvan qərarı Ermənistanda şok effekti yaradıb.

Başda Ermənistanın xarici işlər naziri olmaqla erməni rəsmilər və ekspertlər son günlər Türkiyənin Azərbaycana artan hərbi dəstəyi və Ankaranın Naxçıvanda hərbi baza yaratmaq ideyasını qızğın müzakirə edirlər.

Erməni tərəfi Naxçıvanda açılacaq bazanın Qarabağ uğrunda aparılacaq müharibədə aktiv şəkildə istifadə olunacağını iddia edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68577


Hökumətin Aİ-92 və Aİ-95 benzini ilə bağlı VACİB QƏRARI qiymətə təsir edəcək?

Baş nazir Novruz Məmmədovun Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzininin gömrük rüsumundan azad edilməsi haqqında imzaladığı sənədi Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban şərh edib.

Açıqlamanı bu linkdən oxuya bilərsiniz - https://baku.ws/economy/68579


MiQ-29-un pilotu Rəşad Atakişiyevin axtarışlarında heç kəsin bilmədiyi məqamlar açıqlandı - ŞOK FAKTLAR

"MiQ-29 hərbi təyyarəsinin qəzaya uğraması çox ağır bir hadisə idi. Müharibəyə cəlb olunmuş bir dövlətin döyüş təyyarəsinin qəzaya uğraması, pilotun taleyi - hər iki amilə dövlət əlahiddə diqqət yetirirdi".

Bunu Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68584


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili  Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası ilə bağlı yeni detallar məlum olub.

Keçmiş qohumlar arasında artıq uzun müddətdir ki, davam edən məhkəmə prosesinin səbəbi hələ evli olan zaman tərəflər arasındakı 50 min dollarlıq borc məsələsidir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68599


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri İsmayıllıda baş vermiş zəhərlənmə ilə bağlı birgə məlumat yayıb.

Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68610

BAKU.WS