SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, kolleclərdə boş qalan yerlərin siyahısı dərc olunub.

Dövlət İmtahan Mərkəzi bununla bağlı “Abituriyent” jurnalının xüsusi buraxılışını çap edib. 

Jurnalın bu xüsusi buraxılışında ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elanı həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/68487


Gürcüstanda yaşayan azərbaycalı qızla erməni oğlan ailə həyatı qurub. Bu barədə gürcü yazıçısı Mariam Saradjişvili yazıb.

Yazıçı bildirib ki, cütlük məktəbdə bir sinifdə oxuyub. Arzu və Armenin bu sevgisi Azərbaycan-Ermənistan arasındakı münaqişəyə baxmayaraq xoş sonluqla bitib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/68488


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

Fətvanı bu linkdən oxuya bilərsiniz - https://baku.ws/social/68513


Azərbaycan Slavyan Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Əbülfəz Nağıyev iş başında vəfat edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68520


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Sumqayıt Mühafizə İdarəsinə yeni rəis təyin edib.

Nəsimi rayon Mühafizə Polis İdarəsinin rəis müavini, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək, Sumqayıt Mühafizə İdarəsinə rəis təyin olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68529


Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/68531


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/68533

BAKU.WS