Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/68413


Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.

Təhsil Nazirliyindən məlumata görə, nazir Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/68417


Prezident İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/68423


Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34 cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68433


Tanınmış jurnalist, BAKU.WS-in redaktoru Zülfüqar Xeyirxəbər hücuma məruz qalıb.

Jurnalist bildirib ki, ötən gün axşam saat 19:30-da maşını ilə Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. Həmin maşının sürücüsü jurnalistlə mübahisə edib və ona hücum çəkib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68434


Əməkdar artist Sevda Ələkbərzadə dünya şöhrətli həmyerlimiz Sami Yusufla duet oxuyub. Onlar birlikdə “Girdim yarın bağçasına” adlı mahnını ifa ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/68446


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/hot_news/68448


Ziyalılarımız Emine Bulut cinayətinə görə Azərbaycan xalqına çağırış etdilər.

Türkiyədə qadının öldürülməsi olayı böyük qınaqla qarşılandığı halda, Azərbaycan ictimaiyyətinin buna münasibəti heç də ictimai şəkildə olmadı. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri buna xüsusi diqqət yetirmədi. Məsələni araşdırmaq üçün ekspertlərə müraciət etdik və ölkəmizdə ictimai qınağın işə düşməməsinin səbəblərini öyrənməyə çalışdıq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68457


BAKU.WS