VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Bakının Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat var.

Onun ayaqlarını bir-birinə xalası zəncirləyib və 2 gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-ə kimi işdə olurlar. 

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayağı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68170


Ekologiya və Təbii Sərvətlər Nazirliyi BAKU.WS-in qaldırdığı problemi operativ şəkildə araşdırıb və günahkar cəzalandırılıb.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/68174


Rusiya vətəndaşı, Bakı doğumlu erməni Erik Xaçaturov yenidən Azərbaycana gəlib. O, videomüsahibəsində Bakı üçün darıxdığını vurğulayıb və bir çox Bakı ermənisinin bura gəlmək arzusu ilə yaşadığını qeyd edib.

Xaçaturov 2017-ci ildə də Bakıda olub. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/68139

Bakıda bir neçə metro stansiyasının çıxışında məktəb ləvazimatlarının satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada qurulan çadırlarda çantadan tutmuş, su qabına qədər hər şeyi almaq mümkündür.

Eyni ləvazimatları paytaxtın müxtəlif mağaza və supermarketlərindən də əldə etmək mükündür. Bəs, hansı yerdən ləvazimatların alınması vətəndaşlara daha ucuz başa gələ bilər?

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68142


İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Vida mərasimindən sonra R.Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68151

BAKU.WS