Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, "İdman Azərbaycan” kanalının şərhçisi İsmayıl Abdullayev "Mançester Yunayted” - "Çelsi” matçı zamanı işlətdiyi ifadəyə görə efirdən uzaqlaşdırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/67979


Aprel döyüşlərində yaralanmış Yaşar Ağayevin toyu olub.

İsmayıllıda keçirilən toyda Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/67978


Şəmkir rayonunda evdə yanan 24 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Bu barədə Səhiyyə Nazirliyindən BAKU WS-ə məlumat verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/67980 


Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/67987 


Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/67992 


"O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm".

BAKU.WS xəbər verir ki, bu sözlər baxıcı Molla Məmmədsəfa ilə görüntüləri yayılan Mətanət Əsədovaya məxsusdur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/show-business/67984 


Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən daxili işlər naziri təyin edildikdən sonra hüquq-mühafizə orqanlarında bir sıra islahatlara imza atıb.

BAKU.WS general-polkovnik Vilayət Eyvazovun geridə qalan 2 ay ərzində həyata keçirdiyi təyinatları və islahatların siyahısını hazırlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/67998 


Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb.

BAKU.WS xəbər verir ki, yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır. Aparılan yoxlamalar barədə əlavə məlumat verilməyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68006 


Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli formalarının tətbiqi ilə bağlı işlər aparılır, bunun üçün Təhsil Nazirliyində işçi qrupu yaradılıb.

BAKU.WS xəbər verir ki, nazirliyin baş məsləhətçisi Əhliyət Adıgözəlov bu barədə məlumat verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/68020 


BAKU.WS