SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, dünəndən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına yeni formalar verilib.

Daha ətraflı məlumat burada - https://baku.ws/auto/67833


Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

Daha ətraflı məlumat burada - https://baku.ws/social/67840


Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qalıqları çıxarılır.

Hərbi Dəniz Qüvvələrinin SAK bölməsi Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qalıqlarını çıxarmaqda davam edir. Hava şəraitindən asılı olaraq pilotun nəşi və qara qutunun axtarılması davam etdirilir.

Daha ətraflı məlumat burada - https://baku.ws/incident/67847


Azərbaycandan olan mühacir qadın Almaniyada sakini olduğu qaçqınlar üçün sığınacaqda vəhşicəsinə döyülüb.

Qadın Lambshaymda qaçqınlar üçün sığınacaqda bu xəsarətləri alıb. 12 gün əvvəl sığınacaqda onunla qonşuluqda yaşayan suriyalı qadın arasında mübahisə yaranıb. Hadisə zamanı qonşu qadının iki oğlu onu yumruq və təpiklə vəhşicəsinə döyüblər və ağır xəsarət yetiriblər.

Daha ətraflı məlumat burada - https://baku.ws/dunya/67855


Bakıda avtomobil sürücüləri 10 gündən çoxdur ki, maye qazın yoxluğundan şikayət edirlər.

Bəzi yerlərdə yaranan növbə ucbatından yollarda böyük tıxaclar da müşahidə olunub. Sürücülər isə maye qaz tapmaqda çətinliyin son dövrlər müşahidə edildiyini vurğulayıblar.

Bakıda "zapravka"larda maye qazın satılmamasının səbəbini buradan oxuyun - https://baku.ws/social/67854


Yol polisi texniki baxışla bağlı sürücülərə xəbərdarlıq edib.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər.

Daha ətraflı məlumat burada - https://baku.ws/social/67867


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 oktyabr 2019-cu ildə Azərbaycana səfər edəcək.

O, Türk Şurasının 7-ci Zirvəsində iştirak məqsədilə Bakıya gələcək.

Daha ətraflı məlumat burada - https://baku.ws/politics/67877


Avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Yaralı əsgər Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü Babayev Həsən Adil oğludur.

Daha ətraflı məlumat burada - https://baku.ws/karabakh/67881


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Rütbə alanların adlarına bu linkdən baxa bilərsiniz - https://baku.ws/hot_news/67882

BAKU.WS