VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 27 il keçir.

Ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/67748


Avqustun 15-dən ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/67753


Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.

12 avqustdan 13 avqusta keçən gecədə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/67762


ABŞ-ın Filadelfiya şəhərində bir nəfər polislərlə atışıb. Silahlı şəxs evinin qarşısında barrikada quraraq polislərə müqavimət göstərib.

O, atışma zamanı 6 polisi yaralayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/67763


Dünən Azərbaycan prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib.

Bu qanunun təsdiqi ilə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunub.

İqtisadçı ekspert Vüqar Bayramov sözügedən sərəncamı şərh edib.

Açıqlamanı bu linkdən oxuya bilərsiniz - https://baku.ws/economy/67778


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Məktubu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/hot_news/67780


“Dəfələrlə böhtan ataraq məni FETO-çu adlandıran Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir”.

Bu sözləri deputat Fazil Mustafa “Facebook” profilində yazıb.

ADP sədrinin onu FETO-çu adlandırmasına sərt reaksiya verən millət vəkili bu cür iddiada olanlara qısa və açıq mesaj göndərdiyini bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/67796

BAKU.WS