VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycanda məmur oğlu söyüşə görə həbs edilib.

Zaqatala rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66923


Bakıda bəzi tanınmış istirahət mərkəzləri bağlanacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənubsahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib və bundan əvvəl verilən məcburi göstərişlərin icra vəziyyəti yoxlayıb.

Reydlərin nəticələri ilə buradan tanış ola bilərsiniz - https://baku.ws/incident/66924


Prezidentin tapşırığı ilə Bakıda 17 bina sakinləri köçürülür. Paytaxtın müxtəlif rayonlarındakı bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66931


İran səfirliyi İran dövləti adından Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN), Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinə İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/66932


Bakı şəhəri, Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.

Videonu bu linkdən izləyə bilərsiniz - https://baku.ws/incident/66943


İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66963

BAKU.WS