Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.

Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/66473


Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66491


Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/66503


Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır.

Bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/66510


İngiltərədə Mühafizəkarlar Partiyasının sədri postuna səsvermə keçirilib.

Boris Conson partiya üzvlərinin 92 min 153-nün səsini alaraq partiya rəhbərliyinə gəlib. Conson bununla da İngiltərənin yeni Baş naziri olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/66518
BAKU.WS