SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66388


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Facebook” səhifəsində 22 iyul Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/66410

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb.
Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66423


Bakının Yasamal rayonunda qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.

Ərazidə böyük tıxac yaranıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66420


Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) ilk medalları qazanan Azərbaycan idmançılar mükafatlandırılıb.

İlk yarış günündə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/66444


Ötən gün 202 nömrəli marşurut xətti ilə hərəkət edən iki avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar.

Sürücülər hətta sərnişinləri yolda düşürərək aralarındakı münaqişəyə aydınlıq gətirmək üçün oranı tərk ediblər.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/66439


Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Cəfərov gümüş medalla kifayətlənib. https://baku.ws/sports/66452 
BAKU.WS