SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Yol polisi Bakıda yarım milyonluq maşını saxlayıb.

Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir. 

Gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Maybach" markalı avtomobil saxlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/auto/66332


Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Reyd zamanı rayon sakinlərinin şikayəti əsasında müxtəlif məkanlarda toplaşan bir qrup qaraçı aşkar olunub.

Qaraçılar barələrində tədbir görülməsi üçün polis bölməsinə aparılıblar.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/66334


Dəniz kənarındakı istirahət mərkəzlərinin sahibləri cərimələnib.

Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66335


Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq, bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.

Qadağa riayət etməyən sürücülər 40 manat miqdarında cərimə ediləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66336


Bakının Nəsimi rayonunda polislər paytaxtda dilənçilik edən qaraçılara qarşı reyd keçirib.

Xalası ilə birlikdə bölməyə gətirilən azyaşlı qaraçı qızı istismara məruz qaldığını gizlədə bilməyib. Adının Fatimə olduğunu deyən uşaq gündəlik salfet satmaqla qazandığı pulu anasına aparır.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/66344


Prezident İlham Əliyev İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən idmançılar və onların məşqçiləri mükafatlandırılacaqlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/66348 

BAKU.WS