VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.

İlanların bulvar ərazisində görünməsilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərin­dən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.

Daha ətraflı məlumat və video bu linkdə - https://baku.ws/incident/66253


Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində 4 nəfər çimərkən boğulma təhlükəsilə üzləşib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilər 3 nəfərin həyatını xilas ediblər, 1 nəfər isə ölüb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66263


Beşqat dünya çempionu Rafael Ağayev Tıva Respublikasının rəhbəri Şolban Kara-oolun doğum gününü təbrik edib. 

Azərbaycanlı karateçi bu münasibətlə respublika başçısı ilə birlikdə fotolarını "İnstaqram"da paylaşıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/66258


Bu gecədən etibarən “Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66256


“Ferrari” brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan “Ferrari Store Azerbaijan” fəaliyyətini dayandıracaq.

Mağaza 5 avqust 2019-cu ildə bağlanacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66266


Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər Ceyhun Bayramova baş çəkib. O, yaralı əsgərin başından öpüb.

DSX rəisi yaralı əsgərə göstərdiyi xidmətə görə təşəkkür edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66269


Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanın bayraqdarı müəyyənləşib.

Bayraqda Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclasında müəyyənləşib. İştirakçılar seçimdə cüdoçu, 15 yaşlı Vüqar Talıbova üstünlük veriblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/66284


Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/66296

BAKU.WS