VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, çimərlik ətrafındakı qanunsuz hasarlar söküləcək.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/66117


Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib:

“Avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66122


Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66128


Naxçıvan-Bakı təyyarəsi havaya qalxarkən problem yaranıb.

267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66131


Bakıda kriminal avtoriteti öldürənlərin tutulma anı kameraya düşüb.

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb. Videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər - Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb.

Videonu bu linkdən izləyə bilərsiniz - https://baku.ws/incident/66139


Bakıda "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub. 

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66146


ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qaydasına yol verilib.

Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Videonu bu linkdən izləyə bilərsiniz - https://baku.ws/incident/66150


İraqın Ərbil şəhərində restoranlardan birində Türkiyə Baş Konsulluğunun işçilərinə hücum olub. Naməlum silahlılar restoranı gülləbaran ediblər.

Hücum nəticəsində baş konsulunun köməkçisi Hakan Karaçay vəfat edib. Daha 2 nəfərin isə yaralandığı bildirilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/66154

BAKU.WS