SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında Sabirabad rayonunun mərkəzindəki bazarda yanğın baş verib.

Yanğında mağazalar və piştaxtalar yanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66041


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışıb.

O bildirib ki, Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/66049


Bakı Metropolitenindən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

Həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.
O saxlanılıb və cərimə edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66056


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.

Müdafiə naziri Zakir Həsənov qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/66082


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, "Sədərək" Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/66088

BAKU.WS