SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, xalq artisti Yalçın Rzazadənin vəziyyəti kəskin pisləşib.

Xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib. M.Rzazadə bildirib ki, atası təcili Türkiyəyə aparılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/show-business/65971


Ukrayna prezidenti Vladimir Zelenskinin avtomobili qəzaya uğrayıb.

Qəza Zaporoje rayonunda qeydə alınıb. Rayondan paytaxta gələn prezidentin korteji avtobusla toqquşub.

Video və fotolar bu linkdə - https://baku.ws/incident/65972


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova dünyasını dəyişib.

E.Hidayətova 62 yaşında vəfat edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/65973


Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/65976


Axşam saatlarında Bakı metrosunda orta yaşlı kişi qatarda siqaret çəkib. O, ardıcıl olaraq bir neçə siqareti çəkərək kötüyünü yerə atıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.

Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/65968


Baş Prokurorluq Şəki Xan sarayında baş verən hadisə ilə bağlı məlumat yayıb.

İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65996


Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri vəfat edib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ötən gün Sarayın həyətindəki çinarın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.


Ötən gün saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66013
Keşikçi dağdakı insidentə görə gürcü səfir XİN-ə çağırılıb. Məsələ ilə bağlı müvafiq izahat istənilib - https://baku.ws/hot_news/66018

BAKU.WS