SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, səhər saatlarında Masallıda yük maşını “Mersedes-Vito" markalı mikroavtobusla toqquşub.

Dəhşətli qəza hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı məlumatları aşağıdakı linklərdən öyrənə bilərsiniz:

Dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu - https://baku.ws/incident/65619
Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın SƏBƏBİ BİLİNDİ - https://baku.ws/incident/65630
8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü: “Başımı qaldıranda ...” - https://baku.ws/incident/65643


Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubu aşağıdakı linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/65639


Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.

Ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.

Məktubu aşağıdakı linkdən oxuya bilərsiniz - https://baku.ws/economy/65641 


Azərbaycanda bəzi enerji içkiləri qadağan olunacaq. Bununla bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Məktubu aşağıdakı linkdən oxuya bilərsiniz - https://baku.ws/social/65650 


Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin görüntülərini yayıb.



Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/65662 

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilməsi haqqında Sərəncam imzalayıb.



Bundan başqa, Sərəncama əsasən, Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/65665 

İyulun 15-dən Bakı–Ağstafa sürət qatarı ləğv ediləcək. Sərnişinlər bundan sonra ölkənin qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/65664 

BAKU.WS