SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, günün ən çox müzakirə edilən mövzusu “Park Bulvar”da ərəb turistləri iştirakı ilə olan dava olub.

Davanın görüntüləri bu linkdə - https://baku.ws/incident/65353
Dava ilə bağlı rəsmi açıqlama bu linkdə - https://baku.ws/incident/65361 


Bu gün Bakıya yeni hərbi prokuror təyin edilib.

Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/65358 


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/65390 


Həmçinin Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb: https://baku.ws/sports/65396 


Bakıda Yol Polis əməkdaşının vətəndaşlardan pul istəməsilə bağlı videogörüntü yayılıb. Polis yolu düz keçməyən piyadaları saxlayaraq, onları cərimələmək istəyir. Daha sonra həmin gənclər yol polisinə 10 manat pul verərək, ərazidən uzaqlaşırlar.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/65383 


Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb.

Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD -012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/65391 

BAKU.WS