SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) bu gündən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/65169 


Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.

A.Məmmədov bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/65188 


Son günlərdə Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir.

Bəzi iqtisadçı ekspertlər Azərbaycanda xarici valyutanın (dollar, avro) bahalaşacağını istisna etmirlər.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/65180 


Bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də tərxis olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/65178

O cümlədən, bu gün Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, buraxılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.


Daha ətraflı: https://baku.ws/politics/65206
BAKU.WS