SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün dünya mediasının əsas diqqəti Yaponiyanın Osaka şəhərinə yönəlib. Çünki orada G20 sammiti başlayıb.

Zirvə toplantısında birsa vacib məsələlər müzakirələr edilib və ikitərəfli görüşlər keçirilib.

Daha ətraflı məlumatı bu linklərdən öyrənə bilərsiniz - https://baku.ws/dunya/65045
Trampdan Putinə: “Seçkilərə müdaxilə etmə” - https://baku.ws/dunya/65048
Putinlə Tramp nədən danışıb? - Osaka görüşü  - https://baku.ws/dunya/65065


Suriyanın İdlib şəhərində Türkiyə əsgərlərinin müşahidə məntəqəsi top atəşi ilə vurulub. 3 zərbə nəticəsində 1 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb.

Türk hərbçiləri dərhal qarşı tərəfə qarşılıq verib və hücumu edənlər zərərsizləşdirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/65053 


Bakı Nəqliyyat Agentliyi isə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin müvəqqəti duracağa daşınması işlərinin həyata keçiriləcəyi ünvanlarını elan edib.

Həmin ünvanların siyahısına bu linkdən baxa bilərsiniz - https://baku.ws/social/65054 


Günorta saatlarında isə BAXCP sədri Əli Kərimli polisə dəvət edilib. Ona qanunsuz yürüş keçirmək cəhdi ilə bağlı xəbərdarlıq edilib və bundan sonra sərbəst buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65061

Həmçinin, məsələ ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasını bu linkdən oxuya bilərsiniz - https://baku.ws/incident/65066 


Günün sevindirici xəbəri isə Ermənistanda girov saxlanılan azərbaycanlı Elvin İbrahimovun Azərbaycana qaytarılması olub.

Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat bu linklərdə - https://baku.ws/politics/65064
https://baku.ws/incident/65067 


Minskdə keçirilən II Avropa Oyunlarında yenə də qızlarımız üzümüzü ağardıb. Mariya Stadnik Azərbaycana üçüncü qızıl medal qazandırıb. 50 kq çəki dərəcəsində finalda qızıl medal uğrunda mübarizə aparan Stadnik 7:1 hesabı ilə qalib gəlib.

Maraqlısı odur ki, Mariya Stadnik finalda öz ukraynalı rəfiqəsi ilə üzləşib. Bu durum onun üçün psixoloji çətinlik yaratsa da, uzun illərin təcrübəsi öz sözünü deyib: https://baku.ws/sports/65088  


62 kq çəkidə mübarizə aparan Elmira Qəmbərova isə bürünc medalla kifayətlənib. 

57 kiloqram çəki dərəcəsində yarışan idmançımız Kolesnik isə bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib və qələbəni təmin edib: https://baku.ws/sports/65087

BAKU.WS