VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Zeynəb Xanlarova AzTV-də yayımlanan “Əsas Məsələ” proqramında qonaq olub. O, cəbhədə gedən döyüşlərlə bağlı çıxış edib.

BAKU.WS xəbər verir ki, xalq artisti bu günləri çoxdan gözlədiyini bildirib:

“Xalqımızda canlanma, üzlərində sevinc var. Belə bir addımı çoxdan gözləyirdilər. Hamımız bir-birimizə dəstək olmalıyıq”.

Z.Xanlarova daha sonra Amerikaya köçməsi haqqında yayılan şayiələrə də münasibət bildirib:

“Deyirlər ki, Zeynəb Xanlarova Amerikada yaşayır. Mənə vaxtilə Türkiyənin prezidenti Cövdət Sunay demişdi ki, gəl, burada qal.

Sovet dövrü idi, hələ onda mən dedim ki, yox. Türkiyəni Vətənim hesab edirəm. Elə bilirəm ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanın arxasında bir dağ kimi dayanıb.

İndi hərdən eşidəndə ki, Zeynəb Amerikada yaşayır, pis oluram. Zeynəb “Qarabağ” mahnısını 50 il əvvəl oxuyub.

“Torpağım”, “Vətənim” mahnısını oxuyan Zeynəb... Hazırda mən sevincimdən ölürəm, o enerjini xalqdan alıram.

Mən toprağımla, prezidentim İlham Əliyevlə, Mehriban Əliyeva ilə fəxr edirəm. Allah onları bizim ölkənin üzərindən əskik etməsin. Onlar olmasa, Azərbaycan dağılar”.

BAKU.WS
VİDEO