VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xaricdə yaşayan azərbaycanlılar dünya ictimaiyyətinə müraciət edib. 
 
BAKU.WS məlumat verir ki, bir qrup gənc Qarabağda baş verən son hadisələrə etiraz əlaməti olaraq video müraciət hazırlayıblar. Dünyanın 16 ölkəsində yaşayan həmvətənlərimiz həmin videomüraciət vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdırıblar. Onlar sözügedən videomüraciətdə Qarabağın işğal tarixi və cəbhə bölgəsində baş verən son hadisələrlə bağlı məlumat veriblər. 
 
Onlar tələb ediblər ki, erməni silahlı qüvvələri öz təxribatçı əməllərindən əl çəkməlidir və işğal etdikləri Azərbaycan torpaqlarını tez bir zamanda, qeyd şərtsiz tərk etməlidirlər. 
 
Qeyd edək ki, sözügedən videomüraciəti Portuqaliyada təhsil alan Vüsalə Eynullayeva və Almaniyada təhsil alan Haldun Novruzadə adlı azərbaycanlı tələbələr hazırlayıb. 
 
Ayşən Ayxan 
BAKU.WS