SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Qarabağa dəstək məqsədilə aksiya keçirilib. 
 
BAKU.WS məlumat verir ki, minlərlə insan Şəhidlər Xiyabanına yürüş ediblər. Daha sonra aksiya iştirakçıları Xiyabana yığışaraq şüarlar səsləndiribıər. Aksiya iştirakçılarının tələbi erməni silahlı qüvvələri işğal etdiyi torpaqları tez və qeyd-şərtsiz tərk etməlidir. 
 
Aksiyaçılar "Qarabağ bizimdir, bizim olacaq", "Azərbaycan əsgəri, vur keç səngəri", "Şəhidlər ölməz, vətən bölünməz" kimi vətənpərvər şüarlar səsləndiriblər. 
 
Qeyd edək ki, Gəncə və Sumqayıt şəhərlərində də Qarabağa dəstək məqsədilə oxşar aksiyalar keçirilib.
 
BAKU.WS