SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq üzü payıza doğru gedirik. Bu aylarda xanımlar qışa hazırlıq görür. Bu səbəbdən də yayın sonlarına yaxın bazarlarda insan sıxlığı müşahidə olunurdu. Bəs bu il necədi? Bazardakı məhsullar insanları lazımi şəkildə təmin edirmi? Və ya qiymətlər alıcıların cibinə uyğundurmu?

BAKU.WS xəbər verir ki, BAKU.TV bu mövzunu araşdırdı:

Sorğudan məlum oldu ki, kimisi hazırki vəziyyətdən razıdı, kimisi də yox. Satıcılar isə öz növbəsində ötən illərlə müqayisədə elə də böyük bir fərqin olmadığını deyirlər. Hətta bəziləri bu il daha ucuz olduğunu iddia edirlər.

Ümumilikdə apardığımız müşahidələr onu göstərir ki, əslində ötən il ilə müqayisədə qiymətlərdə elə də böyük fərq yoxdur.

Sadəcə pandemiya səbəbindən bir çox iş yerlərinin bağlı olması insanlar arasında maddi sıxıntılara gətirib çıxarıb. Bu da öz növbəsində insanların əvvəli illərdəki kimi bazarlıq edə bilməməsinə yol açıb.

Bu yerdə bizə də “Zənbiliniz və cibiniz hər daim dolu olsun” demək düşər.

BAKU.WS
VİDEO