SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə Sumqayıt Texnologiyalar Parkında (STP) fəhlələrin nahar fasiləsi zamanı yemək növbəsinə qaçdığını əks etdirən videogörüntülər yayılıb.

Sumqayıt Texnologiyalar Parkının rəsmisi isə Modern.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Videodakı görüntülər realdır və bizim zavodda çəkilib. Amma görüntülər təxminən 4 il əvvələ aiddir və hər şey göründüyü kimi deyil. İnsanlar yemək azdır və çatmayacaq, deyə qaçmırlar. Sosial şəbəkə istifadəçiləri vaxtaşırı bu videonu gündəmə gətirir. Biz videonu yayanlarla əlaqə yaratmaq istəsək də, bu, mümkün olmur. Çünki, vəziyyət görüntülərdəki kimi deyil.

Biz istənilən şəxsi, eləcə də həmin videonu yayanları STP-ə dəvət edirik. Buyurub gəlsinlər, zavodun yeməkxanasına, şəraitinə baxsınlar”.

Qurum rəsmisi işçilərin nahar yeməklərinin normalara uyğun tənzimləndiyini vurğulayıb: "Zavodda verilən yeməklər nizamnaməyə əsasən, işçilərin sayına uyğun olaraq tənzimlənir”.
 
BAKU.WS