VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərlik mövsümünə sayılı günlər qalıb. Bu məqsədlə çimərliklərdə hazırlıq işləri yekunlaşıb.

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin əməkdaşları İDEA İctimai Birliyi tərəfindən yaradılan çimərliklərdə olub və burada aparılan hazırlıq işləri ilə tanış olublar. İctimai çimərliklərdə istirahət ödənişsizdir.

Paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Xüsusilə ötən il sakinlərin tələbi nəzərə alınaraq İDEA İctimai Birliyi tərəfindən yaradılan 6 ictimai çimərlikdə hazırlıqlar ən yüksək səviyyədə görülüb.

Çimərliklərdə təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

Jurnalistlər ilk olaraq Səbail rayonunda, "Şıx" çimərlik ərazisində yaradılan ictimai çimərlikdə olublar.

Burada kölgəliklər, soyunub-geyinmə və duş kabinələrı, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılıb və dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradılıb.

İctimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Bu il koronavirus təhlükəsi ilə əlaqədər olaraq profilaktik tədbirlər də görülüb.

Şıxov ictimai çiməriliyiində insanların isti yay günlərində istirahət etməsi üçün bütün şərait yaradılıb. Besetkalar qurulub, futbol və voleybol meydançaları yaradılıb. Elanlar da vurulub. Qeyd edilir ki, paltar dəyişərkən növbədə olarkən 2 metrlik məsafəni qoruyun. Spirtlərdən istifadə tövsiyə edilir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri də yaradılıb.

İctimai çimərliklərə giriş tam şəkildə pulsuzdur. Yəni istirahət edənlər rahat bura gəlib ödəniş etmədən istirahətlərini edə bilərlər. Eyni zamanda sərninləşdirici və digər ərzaq məhsullarını burada qurulan kafelərdən sifariş edə bilərlər.

Eyni zamanda paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq işlər görülüb.

Qeyd edək ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq 6 yerdə - Səbail, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağıda ictimai çimərliklər yaradılıb.

BAKU.WS
VİDEO